Muğla şəhərinə gələn polşalı turist sayı artıb

İlin 7 aylıq dövründə Muğlanı 1 milyon 779 min 356 turist ziyarət edib.

2024913
Muğla şəhərinə gələn polşalı turist sayı artıb

Muğla şəhərinə cari il 120 min 328 polşalı turist gəlib.

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, ilin 7 aylıq dövründə Muğlanı 1 milyon 779 min 356 turist ziyarət edib.

Ən çox turistin gəldiyi ölkələr 773 min 909 nəfərlə İngiltərə, 210 min 8 ziyarətçi ilə Rusiya, 120 min 328 turistlə Polşa, 100 min 787 nəfərlə Almaniya, 45 min 439 turistlə Hollandiya olub. Şəhərə başqa ölkələrdən 528 min 885 turist gəlib.

Bodrum, Marmaris, Fəthiyə kimi məşhur turizm mərkəzlərinə sahib Muğlanı ötən ilin müvafiq dövründə 1 milyon 501 min 43 nəfər ziyarət edib.

Buna görə, keçən ilin eyni dövrü ilə müqayisədə cari il turist sayında təxminən 19 faiz artım olub.



Әlaqәli Xәbәrlәr