2023-cü ilin yanvar-iyul dövründə Türkiyə çay ixracatı

Belçika, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ən çox ixrac edilən 3 ölkə olub

2023889
2023-cü ilin yanvar-iyul dövründə Türkiyə çay ixracatı

 

  2023-cü ilin yanvar-iyul dövründə Türkiyədən çay ixracatı əvvəlki ilin eyni dövrünə görə 30 faiz artaraq 17 milyon 182 min 55 dollara çatıb.

  Türkiyədən 7 ayda 109 ölkəyə, muxtar və sərbəst bölgələrə çay satılıb.

  Bu ilin yanvar-iyul aylarında 3576 ton çay ixrac edilib, 17 milyon 182 min 55 dollar gəlir əldə olunub.

  2022-ci ilin eyni dövründə çay ixracından 13 milyon 170 min 966 dollar gəlir gəlib. Belə ki, rayondan çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 30 faiz artıb.

  Belçika, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ən çox ixrac edilən 3 ölkə olub. Bu dövrdə Belçikaya 6 milyon 926 min 4, ABŞ-a 2 milyon 210 min 244 dollar, Böyük Britaniyaya 1 milyon 930 min 622 dollarlıq, eyni zamanda Səudiyyə Ərəbistanı, Əlcəzair, Konqo, Slovakiya, Meksika, İtaliya, Braziliya, Polşa, Qabon, Yeni Zelandiya, Portuqaliya, Anqola, Toqo və Ruandaya da çay satılıb.

  Sektor nümayəndələri Türkiyə çayına marağın günbəgün artdığına və çay ixracının ilin sonuna qədər artmağa davam edəcəyini bildirir.



Әlaqәli Xәbәrlәr