İranın dondurulmuş valyuta ehtiyatları blokdan çıxarılır

İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin ölkənin Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının blokdan çıxarıldığını açıqlayıb

2023819
İranın dondurulmuş valyuta ehtiyatları blokdan çıxarılır

 

  İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin ölkənin Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının blokdan çıxarıldığını açıqlayıb. Sözügedən mövzu ilə bağlı M.R.Fərzin sosial media hesabında yazıb: “ABŞ ilə bağlanan məhbus mübadiləsi razılaşması çərçivəsində ölkəmizin vəsaitləri blokdan çıxarılacaq. Cənubi Koreya banklarında dondurulmuş bütün xarici valyutaların blokadası qaldırılıb. İranın 7 milyard dollar dəyərindəki pulu Cənubi Koreyanın pul vahidi olan vona bloklanmışdı. Bu puldan faiz alınmadı. Amortizasiya səbəbindən alacağımız pul təxminən 1 milyard dollar azaldı.  

  Blokdan çıxarılan pullar vondan avroya çevriləcək, sonra İran banklarının Qətərdəki hesablarına köçürüləcək.

  Sözügedən pulun bir qismi sanksiyaya məruz qalmayan məhsulların alınması üçün istifadə olunacaq, qalanı depozit hesabına yatırılacaq.

  İranın bir neçə başqa ölkədə bloklanan pulları da artıq əlçatan olacaq və bunun bazar təsiri görünəcək”.

  Xatırladaq ki, Ağ Ev avqustun 10-da İranda saxlanılan 5 ABŞ vətəndaşının həbsdən azad edilərək ev dustaqlığına buraxıldığını təsdiqləyib.

  ABŞ və İran mediasındakı xəbərlərdə İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarının sərbəst buraxılması qarşılığında iki ölkənin məhbus mübadiləsi aparacağına dair məlumatlar paylaşılıb.



Әlaqәli Xәbәrlәr