Rusiya xarici valyuta alışını dayandırdı

Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada bildirilib ...

2022637
Rusiya xarici valyuta alışını dayandırdı

 

  Rusiya Mərkəzi Bankı öz maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün 2023-cü ilin sonuna qədər daxili bazarda xarici valyuta alışını dayandırmaq qərarına gəldi.

  Bankdan verilən yazılı açıqlamada bildirilib: “Mərkəzi bank büdcə qaydalarına uyğun olaraq avqustun 10-dan ilin sonuna kimi daxili bazarda valyuta alışını dayandıracaq.

  Qərar maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün verilib. Vəziyyətdən asılı olaraq valyuta alışları bərpa oluna biləcək”.

  Qeyd edək ki, dollar/rubl qarşılığı 2023-cü ilin 9 avqust tarixində 2022-ci ilin martından bəri ilk dəfə 98 səviyyəsini keçib.

  Rusiyanın büdcə qaydalarına əsasən, neft və təbii qaz gəlirləri azalan zaman Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə valyuta alınır.



Әlaqәli Xәbәrlәr