Türkiyənin 2023-cü il albalı ixracatı

Egey Tər Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sədri Hayrettin Uçak verdiyi açıqlamada bildirib ...

2020685
Türkiyənin 2023-cü il albalı ixracatı

 

  Türkiyə istehsalında dünya lideri olduğu albalı ixracatı 205 milyon dollara yüksəlib.

  Egey Tər Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sədri Hayrettin Uçak verdiyi açıqlamada Türkiyənin 2023-cü il 4 avqust tarixinə qədər 75 min ton qarşılığında 205 milyon dollar albalı ixrac etdiyini bildirərək deyib: "Keçən il bu rəqəm 57 min ton idisə, bu il 75 min ton oldu. 2023-cü ildə Türkiyənin albalı ixracı məbləğ üzrə 32, dəyər əsasında 54 faiz artdı. 54 fərqli ixrac bazarına çıxdıq və 34 bölgəyə ixracat gerçəkləşdirdik.

  Türkiyə albalı istehsalında dünyada birinci yerdədir. Almaniya və Rusiya kimi ənənəvi bazarlarımızla yanaşı, Türkiyə albalısı Honq-Konq, Sinqapur və Hindistan kimi ölkələrdə də çox məşhurdur. Bu mövsüm əsas bazarlarımız olan Almaniyaya 91 faiz artımla 92, Rusiyaya isə 41 milyon dollarlıq albalı ixrac etmişik. Avstriya 686 faiz artımla 14 milyon dollarla üçüncü yeri tutub. İtaliyada astronomik artım əldə etmişik. Bu ölkəyə albalı ixracatımız 7,7, Norveçə isə 7,1 milyon dollarlıq olub. Britaniya və İspaniyada da satış artımı qeydə almışıq”.

 



Әlaqәli Xәbәrlәr