2023-cü ilin iyun ayında Türkiyədə inflyasiya səviyyəsi

İllik inflyasiya son 25 ayda istehlak qiymətlərində 38,21, yerli istehsalçı qiymətlərində isə 40,42 faiz olmaqla son 18 ayın ən aşağı səviyyəsinə düşüb

2007331
2023-cü ilin iyun ayında Türkiyədə inflyasiya səviyyəsi

 

  2023-cü ilin iyun ayında Türkiyədə inflyasiya illik bazda 38,21 faiz olaraq gerilədi və bu rəqəm son 18 ayın ən aşağı səviyyəsi olaraq qeyd edildi.

  İyun ayında İstehlak Qiymətləri İndeksi (TÜFE) aylıq bazda 3,92, Daxili İstehsalçı Qiymətləri İndeksi (D-ÜFE) isə 6,5 faiz artıb.

  İllik inflyasiya son 25 ayda istehlak qiymətlərində 38,21, yerli istehsalçı qiymətlərində isə 40,42 faiz olmaqla son 18 ayın ən aşağı səviyyəsinə düşüb.

  Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ilin iyun ayında 12 aylıq orta hesablamalar nəzərə alındıqda istehlak qiymətləri 59,95, yerli istehsalçı qiymətləri isə 86,59 faiz artıb.



Әlaqәli Xәbәrlәr