İstanbulun dünyanın maliyyə paytaxtlarından biri olması yolunda böyük  addım

Sosial media hesabından verdiyi açıqlamada N.Nəbati yazıb...

1975527
İstanbulun dünyanın maliyyə paytaxtlarından biri olması yolunda böyük  addım

 

  Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati “Türkiyə əsri”nə layiq bir əsər olan İstanbul Maliyyə Mərkəzinin 17 aprel tarixində açılacağını bildirdi.

  Sosial media hesabından verdiyi açıqlamada N.Nəbati yazıb: “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi ilə aprelin 17-də “Türkiyə əsri”nə layiq bir əsər olan İstanbul Maliyyə Mərkəzinin açılışını edəcəyik.

  Maliyyə mərkəzi İstanbulun dünyanın ən əhəmiyyətli maliyyə paytaxtlarından biri olması yolunda böyük bir addımdır. Ölkəmizi təbrik edirik".



Әlaqәli Xәbәrlәr