Rusiyaya taxıl və paxlalı məhsulların ixracında artım qeydə alınıb

Türkiyenin Rusiyaya taxıl və paxlalı məhsulların ixracı mart ayında 586 faiz artıb.

1972422
Rusiyaya taxıl və paxlalı məhsulların ixracında artım qeydə alınıb

Türkiyenin Rusiyaya taxıl və paxlalı məhsulların ixracı mart ayında 586 faiz artıb.

İstanbul Taxıl, Yağlı Toxumlar və Məhsullar İxracatçıları Birliyi (İHBİR) İdarə Heyətinin sədri Kazım Taycı bildirib ki, cari ilin əvvəlində 15 milyard dollarlıq ixrac hədəfinə doğru güclü addımlar atırıq.

2023-cü ilə fevral ayında Moskvada 30-cu dəfə reallaşan "PRODEXPO" və Dubayda təşkil edilən "Gulfood 2023" qida sərgisi kimi iki böyük yarmarka ilə başladıqlarını xatırladan Taycı deyib:

“Bütün qida şirkətlərimizin xüsusilə "PRODEXPO" sərgisi ilə saxladığı mühüm əlaqələr mart ayında Rusiyaya ixracımızın 586 faiz artmasının amilidir" deyib.

Türkiye miqyasında taxıl ixracı mart ayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 1 milyard 127 milyon dollar olub. Sektorun ilk rüb ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 2 milyard 944 milyon dollara çatıb.

İHBİR keçən ay ABŞ-a 57,8 faiz artımla 36 milyon dollar, Rusiyaya 586 faiz artımla 24 milyon dollar, Əlcəzairə isə 679 faiz artımla 21,4 milyon dollar ixrac reallaşdırıb.



Әlaqәli Xәbәrlәr