Canet Yellen: "Neft hasilatını azaltmaq qərarı qlobal inkişaf üçün müsbət addım deyil"

Canet Yellen OPEC+ qrupunun may ayından etibarən neft hasilatını gündəlik 1 milyon barreldən çox azaltmaq qərarını dəyərləndirib.

1969441
Canet Yellen: "Neft hasilatını azaltmaq qərarı qlobal inkişaf üçün müsbət addım deyil"

ABŞ -ın maliyyə naziri Canet Yellen Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun may ayından etibarən neft hasilatını azaltmaq qərarının qlobal inkişaf üçün müsbət olmadığını bildirib. 

Yellen açıqlamasında OPEC+ qrupunun may ayından etibarən neft hasilatını gündəlik 1 milyon barreldən çox azaltmaq qərarını dəyərləndirib.

Qərarı “qeyri-konstruktiv” bir hərəkət kimi qiymətləndirən Yellen “Aydındır ki, bu, qlobal inkişaf üçün müsbət deyil və inflyasiyanın onsuz da yüksək olduğu bir vaxtda qeyri-müəyyənlik və yükü artırır” deyib.

Həmin qərarın qiymətlərə təsirinin necə olacağından hələlik əmin olmadığını bildirən Yellen bunu qiymətləndirmək üçün bir az daha zamana ehtiyac olduğunu qeyd edib.

Benzinin qiymətinin keçən ilki zirvələrdən enməsinin inflyasiyanın məhdudlaşdırılmasına kömək etdiyinə diqqət çəkən Yellen bu tendensiyanın geri qaytarılmasının zərərli olacağını da vurğulayıb.

Rusiya neftinə tətbiq edilən 60 dollar/barrel qiymət həddinə də toxunan Yellen hasilatın azaldılması planını bu həddə təsir edəcək mühüm amil kimi görmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr