Türkiye 2022-ci ildə fındıq ixracından 1,7 milyard dollar gəlir əldə edib

Keçən il Türkiyedən təxminən 1,7 milyard dollarlıq fındıq ixracı həyata keçirilib.

1927291
Türkiye 2022-ci ildə fındıq ixracından 1,7 milyard dollar gəlir əldə edib

Keçən il Türkiyedən təxminən 1,7 milyard dollarlıq fındıq ixracı həyata keçirilib.

Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyi (KFMİB) tərəfindən yayılan məlumatda 2022-ci ildə 127 ölkəyə 312 min 564 ton fındıq ixrac edildiyi bildirilib.

Məlumatda bu ixraclar müqabilində 1 milyard 748 milyon 835 min 811 dollar gəlir əldə edildiyi, ixracın 2021-ci ilə nisbətən məbləğ üzrə 9,24 faiz, dəyər əsasında isə 22,62 faiz azaldığı qeyd olunub.

Sentyabrın 1-dən başlayan 2022-2023-cü il ixrac mövsümünün ilk 4 ayında 130 min 606 ton fındıq satışından 742 milyon 10 min 356 dollar gəlir əldə edildiyi yayılan məlumatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr