Sabiha Gökçen hava limanında tarixi rekorda imza atıldı

İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanında dekabrın 24-də xaricdən gələnlərin sayı 29 162 nəfər olmaqla tarixi rekorda imza atdı.

1924282
Sabiha Gökçen hava limanında tarixi rekorda imza atıldı
sabiha gokcen.jpg
sabiha gokcen.jpg

İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanında dekabrın 24-də xaricdən gələnlərin sayı 29 162 nəfər olmaqla tarixi rekorda imza atdı.

Yeni növ koronavirus (Covid-19) epidemiyasının təsirini itirməsi ilə beynəlxalq səyahətlərə artan tələb Milad bayramı ilə birlikdə pik həddə çatdı.

İstirahətlərini Türkiyedə yaxud da İstanbul üzərindən uçuşla müxtəlif ölkələrdə keçirmək istəyənlər Sabiha Gökçen beynəlxalq hava limanında xarici sərnişin sayında tarixi rekorda imza atılmasına imkan yaratdılar. 

Sabiha Gökçen hava limanında dekabrın 24-də 29 min 162 nəfərlə ən yüksək beynəlxalq sərnişin sayına çatdı.

Digər tərəfdən, sözügedən tarixdə beynəlxalq xətlərdə yola düşən sərnişinlərin sayı 26 min 582 nəfər oldu.

Belə ki, dekabrın 24-də beynəlxalq xətlərdə ümumilikdə 55 744 sərnişinə xidmət göstərilib.



Әlaqәli Xәbәrlәr