Türkiyənin nəhəng qaz  toplama  və  istehsal obyekti istifadəyə verilir

Türkiyə enerji təchizatı təhlükəsizliyi sahəsində daha bir nəhəng investisiya həyata  keçirib.

1919407
Türkiyənin nəhəng qaz  toplama  və  istehsal obyekti istifadəyə verilir
silivri dogal gaz depolama.jpg

İstanbulun Silivri  rayonunda  Avropanın    nəhəng qaz   toplama  və  istehsal  obyektində  əlavə  layihələrin  həyata  keçirilməsinə   dair   işlər   davam  edir.  Əvvəlcə 3,2 milyard kubmetr tutumu və gündəlik 28 milyon kubmetr  istehsal həcmi   olan  Silivri Təbii Qaz Anbarının tutumu artırılır.

Bu çərçivədə 18 quyuda genişləndirmə işləri aparılıb. Dənizdə 2 platforma yaradılıb. Beləcə ikinci hissəsi  istismara veriləcək obyektin gücü 4 milyard 600 milyon kubmetrə çatdırılıb. Nəhəng təsis   mövcud   tutumu   ilə   Türkiyənin illik təbii qaz ehtiyacının təxminən 8-ni qarşılaya  biləcək  mövqeyə  sahibdir.  

Obyektin elektrik enerjisinə olan tələbatı quraşdırılmış 4,2 meqavat gücə  malik  külək türbini   ilə   qarşılanacaq.  

Tutumu artırılan nəhəng obyekt, sabah prezident Rəcəb Tayyib Ərdoğan   tərəfindən  istifadəyə  veriləcək.  



Әlaqәli Xәbәrlәr