Türkiyə raketinin ilk ixracatını İndoneziyaya edəcək

ürkiyə müdafiə sənayesinin aparıcı raket və raket sistemləri istehsalçısı - ROKETSAN İndoneziyanın Cakarta şəhərində keçirilən “İndo Defense Expo & Forum 2022” sərgisində iştirak edib və mühüm müqavilələr imzalayıb

1901814
Türkiyə raketinin ilk ixracatını İndoneziyaya edəcək

 

 

  Türkiyə uzun mənzilli artilleriya raketinin ilk ixracatını İndoneziyaya edəcək.

  Türkiyə müdafiə sənayesinin aparıcı raket və raket sistemləri istehsalçısı - ROKETSAN İndoneziyanın Cakarta şəhərində keçirilən “İndo Defense Expo & Forum 2022” sərgisində iştirak edib və mühüm müqavilələr imzalayıb.

  ROKETSAN-ın baş direktor müavini Murat Kurtulmuş burada verdiyi açıqlamada bildirib: "İmzaladığımız müqavilələrlə ilk məhsullarımızı yaxın gələcəkdə İndoneziya Müdafiə Nazirliyinin xidmətinə verəcəyik. Əsas 2 müqavilə imzalamışıq. Birincisi, “Xan” qurudan quruya uzun mənzilli artilleriya sistemi ilə bağlıdır ki, bu, 80 kilometrə qədər məsafədə təsirli və döyüş sahəsinin dərinliklərində yüksək dəqiqlikli mühüm silah sistemidir. İkincisi, laylı hava hücumundan müdafiə ilə bağlıdır. İndoneziya Müdafiə Nazirliyinin bununla bağlı tələbləri fərqli idi. Beynəlxalq biznes tərəfdaşlarımızla birlikdə yeni model hazırladıq. Texniki və maliyyə modeli yaradıldı. Laylı hava hücumundan müdafiə sisteminin ilk məhsullarını 2 ayrı orta və uzun mənzilli sistem olaraq təqdim edəcəyik. Yaxın vaxtlarda hava hücumundan müdafiə sistemləri ilə bağlı da danışıqlarımız olacaq”.



Әlaqәli Xәbәrlәr