Bu hadisə doğrudanmı “təsadüf” deyil, “düşünülmüş hərəkətin nəticəsi”dir?

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma hadisəsi baş verib

1885731
Bu hadisə doğrudanmı “təsadüf” deyil, “düşünülmüş hərəkətin nəticəsi”dir?

 

  NATO-nun baş katibi Yens Stoltenberq və Danimarkanın müdafiə naziri Morten Bodskov “Şimal axını” boru kəmərlərində qaz sızmasından sonra kritik infrastrukturların mühafizəsini müzakirə ediblər.

  Stoltenberq və Bodskov NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında görüşüblər.

  Görüşdən sonra Y.Stoltenberq sosial media hesabından açıqlama verərək yazıb: “Danimarka dəyərli NATO müttəfiqidir. İsveç və Danimarka sahillərində qaz sızmasına səbəb olan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərindəki təxribatı və NATO ölkələrində həyati vacib infrastrukturların qorunması məsələlərini müzakirə etdik”.

  Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma hadisəsi baş verib. Gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib. Hər iki ölkə sızmaların qəza deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğunu bildirib.

  Avropa İttifaqı da boru kəmərlərində qaz sızmasını “təsadüfi” deyil, “düşünülmüş hərəkətin nəticəsi” adlandırıb.

  Avqustun 31-də “Şimal axını 1” boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılmışdı.

 

https://www.trt.net.tr/azerbaycan/video/iqtisadiyyat/simal-axini-boru-k-m-rind-gozl-nilm-z-partlayis

 



Әlaqәli Xәbәrlәr