İki dövlət Azad Ticarət Sazişinə yeni düzəlişlər etdi

Gürcüstan 2016-cı ildən Türkiyə ilə azad ticarət sazişinin tarif bölməsində dəyişiklik edilməsi və müqaviləyə bəzi xidmətlərin əlavə edilməsi istiqamətində iş aparırdı

1878348
İki dövlət Azad Ticarət Sazişinə yeni düzəlişlər etdi
Levan Davitaşvili və Mehmet Muş.jpg

 

  Gürcüstan və Türkiyə Azad Ticarət Sazişinə yeni düzəlişlər ediblər. Sənədi Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.

  Gürcüstan İqtisadiyyat Nazirliyindən bildirilib ki, bu sənəd sayəsində Gürcüstan Türkiyəyə məhsul ixrac edərkən yeni güzəştlər əldə edəcək.

  Yeni sənəd qüvvəyə mindikdən sonra Gürcüstandan Türkiyəyə bir sıra məhsullar - mal-qara, mal əti, yaşıl çay, quru meyvələr, kivi, limon, pomidor konservləri və ərzaq məhsulları sıfır tarifi dərəcəsi ilə ixrac olunacaq.

  Bundan başqa, Türkiyə tərəfi bal, alma və şərab üçün kvotaları artırıb.

  Qeyd edək ki, Gürcüstanla Türkiyə arasında Azad Ticarət Sazişi 2008-ci il noyabrın 1-də qüvvəyə minib və bu dövr üçün azad ticarət sazişlərinin imzalanması formatına görə, yalnız mal ticarətinə şamil edilib.

  Gürcüstan 2016-cı ildən Türkiyə ilə azad ticarət sazişinin tarif bölməsində dəyişiklik edilməsi və müqaviləyə bəzi xidmətlərin əlavə edilməsi istiqamətində iş aparırdı.



Әlaqәli Xәbәrlәr