TOGG və “Smart_IX” iş ortaqlığı müqaviləsi imzaladılar

Mövzu ilə bağlı TOGG-un rəsmi “twitter” hesabında yazılıb...

1873513
TOGG və “Smart_IX” iş ortaqlığı müqaviləsi imzaladılar

 

  Türkiyənin Avtomobil Təşəbbüs Qrupu – TOGG istifadəçi təcrübəsində süni intellektlə dəstəklənən həllər təklif edən proqram şirkəti “Smart_IX” ilə iş ortaqlığı müqaviləsi imzaladı.

  Mövzu ilə bağlı TOGG-un rəsmi “twitter” hesabında yazılıb: “İstifadəçi təcrübəsi sahəsində süni intellekt tərəfindən dəstəklənən, həllər təklif edən “SMART_IX” ilə strateji əməkdaşlığımızla biz mobillik ekosistemimizi genişləndirir və “Ağıllı həyat” xidmətlərimizin təhlükəsiz, sürətli və ətraf mühitə uyğun olmasını təmin edirik”.

  Türkiyənin yerli avtomobili TOGG-un oktyabrın 29-da istehsala acılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr