İstanbul iyul ayında 1 milyon 759 min 506 xarici turisti qonaq edib

İstanbul iyul ayında 1 milyon 759 min 506 xarici turisti qonaq edərək, bu sahədə son 10 ilin aylıq olaraq ən yüksək sayına çatıb.

1871723
İstanbul iyul ayında 1 milyon 759 min 506 xarici turisti qonaq edib

İstanbul iyul ayında 1 milyon 759 min 506 xarici turisti qonaq edərək, bu sahədə son 10 ilin aylıq olaraq ən yüksək sayına çatıb.

İstanbul Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, ilin ilk 7 ayında şəhərə gələn xarici turistlərin sayı 8 milyon 514 min 806 nəfər olub.

İyul ayında İstanbulu 1 milyon 759 min 506 turist ziyarət edib.

Ötən ilin iyul ayında şəhərə 1 milyon 130 min 999 turist gəldiyi halda, cari il bu sahədə 56 faiz artım qeydə alınıb.

Almanlar bir il əvvəlki ayda olduğu kimi iyul ayında da İstanbula gələn 142 min 77 turistlə birinci yeri tutub.

Almaniyanı 133 min 218 turistlə Rusiya, 97 min 355 turistlə ABŞ, 94 min 708 turistlə İran, 77 min 613 turistlə Səudiyyə Ərəbistanı, 70 min 179 turistlə İngiltərə izləyib.

İstanbula Fransadan 69 min 314 turist, İraqdan 64 min 878 turist, Küveytdən 63 min 131 turist, İordaniyadan 54 min 247 turist, Hollandiyadan 45 min 677 turist, İsraildən 43 min 519 turist, Özbəkistandan 36 min 874 turist, Özbəkistandan 36 min 874, 32 min 59 turist Qazaxıstandan, 27 min 863 turist İtaliyadan izləyib.


Etiketlәr: #turist , #İstanbul

Әlaqәli Xәbәrlәr