Rusiyanın bu ölkələrə göndərdiyi qazın həcmi azalıb

Rusiyanın boru kəməri ilə Avropa İttifaqına (Aİ) üzv ölkələrə və Böyük Britaniyaya göndərdiyi qazın həcmi cari ilin ilk 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40 faiz azalıb.

1865769

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqlamasına görə, Rusiyanın 2016-2020-ci illər arasında boru kəməri ilə Aİ üzvləri və Böyük Britaniyaya göndərdiyi qaz bu ölkələrin ümumi tələbatının təxminən üçdə biri qədərdir.

Rusiyanın boru kəməri ilə Aİ üzvlərinə və Böyük Britaniyaya təbii qaz ixracı bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azalaraq gündəlik 1,2 milyard kubfuta düşüb. Beləliklə, qaz ixracı son 40 ilin ən aşağı səviyyəsini təşkil edib.

Aİ üzvləri və Böyük Britaniya təbii qaz boru kəməri vasitəsilə Rusiyadan ixracın azalmasını əvəz etmək üçün ABŞ-dan rekord miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir.

Әlaqәli Xәbәrlәr