“Dünyanın iqtisadi görüntüsü”ndə dəyişiklik

İMF “Dünyanın iqtisadi görüntüsü” hesabatını “Qaranlıq və qeyri-müəyyən” adlı başlıqıa yeniləyib

1859839
“Dünyanın iqtisadi görüntüsü”ndə dəyişiklik

 

  Beynəlxalq Valyuta Fondu (İMF) 2022-ci il üçün qlobal artım proqnozunu 3,6 faizdən 3,2 faizə endirib.

  İMF “Dünyanın iqtisadi görüntüsü” hesabatını “Qaranlıq və qeyri-müəyyən” adlı başlıqıa yeniləyib.

  Hesabatda bildirilir ki, 2021-ci ildə müvəqqəti bərpa olsa da, 2022-ci ildə risklər və narahatedici hallar mövcuddur. Çin və Rusiyadakı tənəzzül bu ilin ikinci rübündə qlobal istehsalı daraldıb, ABŞ-da istehlak xərclərini proqnozların altında qoyub.

  Dünya miqyasında gözləniləndən artıq inflyasiya xüsusilə, ABŞ və Avropanın əsas iqtisadiyyatlarında daha sərt maliyyə şərtləri, Çində “Covid-19”un yenidən artması, karantin tədbirləri, Ukraynadakı müharibənin mənfi təsirləri isə onsuz da zəifləmiş iqtisadiyyatlara zərbə vurmaqdadır.



Әlaqәli Xәbәrlәr