Rusiya İraqdan sonra Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub

Hindistan may ayında təxminən 25 milyon barrel Rusiya nefti alıb ki, bu da bütün neft idxalının 16 faizindən çoxuna bərabərdir.

1842812
Rusiya İraqdan sonra Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub

“The Times of India” qəzetində dərc olunan xəbərə görə, Hindistan may ayında təxminən 25 milyon barrel Rusiya nefti alıb ki, bu da bütün neft idxalının 16 faizindən çoxuna bərabərdir.

2021 və 2022-ci ilin ilk rüblərində ölkənin dəniz yolu ilə aldığı Rusiya mənşəli xam neftin ümumi idxalında payı 1 faizdən aşağı olarkən, aprel ayında ilk dəfə 5 faizə çıxıb.

İraq keçən ay Hindistanın ən böyük tədarükçüsü mövqeyini qoruyub, Səudiyyə Ərəbistanı üçüncü yeri tutaraq Rusiyanı geridə qoyub.

Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan fevralın 24-də Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Rusiyadan xam neft almağı müdafiə edir.

Qeyd edək ki, Hindistan Neft Nazirliyi keçən ay Rusiyadan alınan enerjinin Hindistanın ümumi istehlakı ilə müqayisədə cüzi miqdarda qaldığını açıqlayıb.

Ukrayna müharibəsi səbəbindən müxtəlif sanksiyalara məruz qalan Rusiya xam neftinə maraq azalıb.

Qlobal enerji qiymətlərinin artdığı bir vaxtda Hindistan enerji ehtiyaclarını ödəmək üçün ucuz Rusiya neftindən istifadə edir.

Ölkə neftin barrelini 30 dollara yaxınlaşan endirimlə Rusiyadan alır.



Әlaqәli Xәbәrlәr