Mərkəzi Afrika Respublikası “Bitcoin”i qəbul edən ikinci ölkə oldu

Yeni qanuna görə, ölkədəki şirkətlər və fiziki şəxslər əməliyyatlarını kripto pullarla həyata keçirə və vergilərini bu yolla ödəyə biləcəklər

1819396
Mərkəzi Afrika Respublikası “Bitcoin”i qəbul edən ikinci ölkə oldu

 

  Mərkəzi Afrika Respublikası Salvadordan sonra “Bitcoin”i ödəniş vasitəsi kimi qəbul edən ikinci ölkə olub.

  Yerli mətbuatda yazılan xəbərlərə görə, ölkənin rəqəmsal iqtisadiyyat və telekommunikasiya naziri Qurna Zakonun (Gourna Zacko) parlamentə təqdim etdiyi kriptovalyuta birjasını və “Bitcoin”i valyuta kimi qəbul edən qanun layihəsi yekdilliklə qəbul edilib.

  Yeni qanuna görə, ölkədəki şirkətlər və fiziki şəxslər əməliyyatlarını kripto pullarla həyata keçirə və vergilərini bu yolla ödəyə biləcəklər.

  Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi Salvadorda “Bitcoin” 2021-ci ilin 7 sentyabr tarixindən qanuni valyuta kimi istifadə edilməyə başlanıb.



Әlaqәli Xәbәrlәr