Rusiya-Ukrayna müharibəsi sürərsə, Almaniyada vəziyyət necə olar?

Bu il inflyasiyanın sürətinin bu yaxınlarda səsləndirilən proqnozlardan 1,5 faiz yüksək olacağı gözlənilir

1816967
Rusiya-Ukrayna müharibəsi sürərsə, Almaniyada vəziyyət necə olar?

 

  Əgər Ukraynada hərbi əməliyyatlar davam edərsə, o halda Almaniya 2 faiz yoxsullaşacaq. Almaniya Federal bankının bu günlərdə dərc etdiyi məlumatları öyrəndikdə bu qənaətə gəlmək mümkündür.

  Xarici ticarətin məhdudlaşdırılması, logistik fasilələr, enerji daşıyıcılarının qiymətinin artması və bazarlarda qeyri-müəyyən vəziyyətin güclənməsi Almaniyada ümum daxili məhsulun azalmasının səbəbləri kimi göstərilir.

  Bununla yanaşı, hərbi əməlliyyatlar ölkədə onsuz da tüğyan edən inflyasiyanı gücləndirməkdə davam etdirəcək.

  Bu il inflyasiyanın sürətinin bu yaxınlarda səsləndirilən proqnozlardan 1,5 faiz yüksək olacağı gözlənilir. Təkcə mart ayında istehlak qiymətlərinin artımı illik hesablamada rekord 7,3 faiz təşkil edib.

  Ümumiyyətlə, Ukraynada hərbi əməliyyatlar həm münaqişə tərəflərinin, həm də Avropa İttifaqına daxil olan dövlətlərin iqtisadiyyatına təsir göstərir. Aİ üzvü olan ölkələrin çoxunda inflyasiyanın kəskin artması davam etməkdə olan hərbi-siyasi böhranın birbaşa nəticəsidir.

  “Doyçe Velle” agentliyi sorğusunun nəticələrinə görə, Almaniya vətəndaşlarının üçdə iki hissəsinin sözlərinə görə, inflyasiya onların alıcılıq qabiliyyətinin xeyli pisləşməsinə gətirib çıxarıb. Respondentlərin 20 faizi inflyasiya artımının nəticələrini çox güclü şəkildə hiss edir, 48 faizi isə o qədər də yox.

  Almaniyalıların 69 faizi elektrik enerjisi və mənzillərin qızdırılması ilə bağlı xərcləri məhdudlaşdırmağa məcbur olub. Sakinlərin 72 faizi avtomobillər üçün yanacağa, 37 faizi qida məhsullarına qənaət etməyə çalışır.



Әlaqәli Xәbәrlәr