Danimarka Avropaya xatir qaz hasilatını artırmaq niyyətindədir

Avropa İttifaqının ən böyük neft və qaz istehsalçısı olan Danimarka 2050-ci ilə qədər Şimal dənizində bütün neft və qaz hasilatını, o cümlədən kəşfiyyatını dayandıracağını bildirmişdi

1814705
Danimarka Avropaya xatir qaz hasilatını artırmaq niyyətindədir

 

  Danimarka Avropanın Rusiyadan enerji asılılığına son qoymasına kömək etmək üçün qaz hasilatını müvəqqəti artıracağını elan edib.

  Danimarkanın baş naziri Mette Frederiksen ölkəsinin 2050-ci ilə qədər neft və qaz hasilatını dayandırmaq məqsədinə sadiq qalacağını xatırladaraq bildirib: “Qaza olan tələbatı ödəmək üçün yaşıl qaz hasilatı inkişaf edənə qədər mən hesab edirəm ki, Rusiyadan qaz almaqdansa, Şimal dənizindən qaz almaq daha yaxşıdır.

  Danimarka Avropanı Rusiya qazından uzaq tutmaq üçün təbii qaz hasilatını müvəqqəti artırmaq niyyətindədir.

  Hökumətin təqdim etdiyi enerji təklifində bildirilir ki, Danimarka Şimal dənizinin ona aid hissəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlayacaq və daha çox hasilat əldə etmək üçün inzibati prosesləri sürətləndirməyə söz verəcək”.

  Qeyd edək ki, Avropa İttifaqının ən böyük neft və qaz istehsalçısı olan Danimarka 2050-ci ilə qədər Şimal dənizində bütün neft və qaz hasilatını, o cümlədən kəşfiyyatını dayandıracağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr