İstanbulda Türkiyə və Azərbaycan İş Qadınlarının Toplantısı keçirildi

Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasını üzvü, Türk Ticarət və Sənaye Palatasının (TSO) I Qadın Sahibkarlar Komitəsinin Hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Aygün Əliyeva sözügedən mövzu ilə bağlı bildirib...

1787066
İstanbulda Türkiyə və Azərbaycan İş Qadınlarının Toplantısı keçirildi
Türkiyə - Azərbaycan İş Qadınları Forumu.jpg

 

  İstanbulda Türkiyə və Azərbaycan iş qadınlarının əməkdaşlığını möhkəmləndirmək məqsədilə TOBB - Türkiyə Palatalar və Birjalar Birliyi (Türkiye Odalar ve Borsalar Birliği) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə fevralın 28-də toplantı keçirildi.

  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva çıxışında türkdilli xalqların potensialına toxunaraq deyib: “Türk respublikalarının çox təşəbbüskar və yaradıcı heyətləri var. Strategiyamızı birlikdə hazırlamışıq. Düşünürük ki, yaratdığımız 10 komissiya ilə çox irəli gedə biləcəyik. Layihələrimiz çoxdur. Qarabağa sərmayələrlə bağlı da planlarımız var. Məqsədimiz birdir: bir-birimizə necə kömək edə bilərik.

  Son aylar biz Azərbaycanda bir çox işlər görmüş və irəliləyişlər əldə etmişik. TOOB ilə birgə fəaliyyətimiz nəticəsində Azərbaycanda 7 böyük qurumla sahibkarlıq görüşləri gerçəkləşdirmişik. Özbəkistan parlamentinin sədri ilə telefon və onlayn danışığımız olub. Başqa türk ölkələrindən də maraqlı biznes təklifləri gəlir. Gələcəyə ünvanlanmılş plan və layihələri müzakirə üçün silsilə görüşlər davam edir”.

  Tədbirin təşkilatçılarından olan Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasını üzvü, Türk Ticarət və Sənaye Palatasının (TSO) I Qadın Sahibkarlar Komitəsinin Hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Aygün Əliyeva sözügedən mövzu ilə bağlı bildirib: “Hər iki ölkənin – Azərbaycan və Türkiyənin vəkili olaraq türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığı və məşğulluğu artırmaq istiqamətində işlər görürük.

  Ticarət sülh və rifahın ən böyük qaynağıdır.

  Ölkələrimiz arasında bəzi ticarət maneələri də aradan qaldırmalı və bir-birimizlə biznes əlaqələrini artırmalıyıq. Qadın Sahibkarlar Komitəsi bu məqsədə çatmağımıza imkan verəcək strateji əhəmiyyətli bir qurumdur.

  Üzv ölkələr arasında birgə biznes forumları, seminarlar və sərgilərin sayını artırmalıyıq.

  Bu gün (28 fevral) biz bu möhtəşəm layihəni - Türkiyə-Azərbaycan Qadın Sahibkarlar İş Forumunu həyata keçirdik. Artıq aramızdakı həmrəylik daha da artacaq və yeni əməkdaşlıq imkanları yaranacaq.

  İnanıram ki, biz əl-ələ versək, hökumətlərimiz və iş dünyası ilə birlikdə çalışsaq, Türk dünyası da yeni uğur hekayələri yazacaqdır”.

  Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləmək məqsədi ilə 2019-cu ildə İstanbulda Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası qurulub. 2021-ci ilin noyabr ayında Türk Ticarət və Sənaye Palatasının (TSO) I Qadın Sahibkarlar Komitəsi yaradılıb və komitənin sədrliyinə Azərbaycan nümayəndəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva seçilib. Komitədə türkdilli dövlətlərin hər birindən 10 nümayəndə iştirak edir.



Әlaqәli Xәbәrlәr