İstanbulda akkumulyator istehsalı fabriki açıldı
Türkiyənin regional akkumulyator istehsal bazasına çevrilməsi üçün investisiyaların qoyulması tam sürətlə davam edir
Türkiyənin milli avtomobil markası “Togg” ilə elektrikli avtomobil bazarında günü-gündən güclənən Türkiyə akkumulyator sahəsinə sərmayə qoymaqdadır.
İstanbulda qurulan akkumulyator istehsalı fabrikinin açılışını sənaye və texnologiya naziri Mehmet Fatih Kacır edib.
Elektrik avtobuslarından elektrik və yanacaq hücrəli yük maşınlarına, yüngül ticarət maşınlarından inşaat texnikası və elektrikli yaxtalara qədər müxtəlif nəqliyyat vasitələri üçün akkumulyator istehsaletmə qabiliyyətinə malik olan “Ampherr Battery”nin Avropadan Amerikaya qədər bazarlarda Türkiyəni qürurla təmsil edəcəyini söyləyən nazir M.F.Kaçır deyib: “Fabrik Türkiyənin əlavə akkumulyator istehsal gücünü artıracaq. “Ampherr Battery” Akkumulyator Texnologiyaları Fabriki ilə biz 2024-cü ilin sonuna qədər 500 meqavat-saat əlavə batareya istehsal gücünə, 2025 və 2026-cı illərdə isə tədricən 2 giqavat-saata çatacağıq.
Türkiyənin regional akkumulyator istehsal bazasına çevrilməsi üçün investisiyaların qoyulması tam sürətlə davam edir”.
Әlaqәli Xәbәrlәr
Türkiyə fındıq ixracatından 800 milyon dollardan çox gəlir əldə edib
Bu barədə Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin yaydığı bəyanatda məlumat verilib