İstanbul hava limanı ikinci dəfə ilin ən yaxşısı seçildi

İstanbul hava limanı "Air Transport Awards" mükafatlarında bu il də "İlin Hava Limanı" seçilib.

1777127
İstanbul hava limanı ikinci dəfə ilin ən yaxşısı seçildi

İstanbul hava limanı "Air Transport Awards" mükafatlarında bu il də "İlin Hava Limanı" seçilib.

İGA Hava Limanı Əməliyyatları tərəfindən verilən açıqlamaya görə, İstanbul hava limanı, "Air Transport Awards" mükafatları çərçivəsində 14 kateqoriyada həyata keçirilən qiymətləndirmədə ardıcıl olaraq ikinci dəfə "İlin Hava Limanı" mükafatına layiq görülüb.

Yunanıstanda keçirilən mərasimdə mükafatı İstanbul hava limanı adından İGA Hava Limanı Əməliyyatlar İicraçı direktoru (CEO) Kadri Samsunlu alıb.

Samsunlu açıqlamasında yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq, əməliyyatları sürətini azaltmadan davam etdirə bildiklərini bildirib və deyib:

"Air Transport Awards"da iki il dalbadal "İlin Hava Limanı" mükafatını almaq şərəfdir. Dünyanın bir çox hava limanını geridə qoyaraq ikinci dəfə bu dəyərli mükafatı qazanmağımız İstanbul hava limanının nə qədər doğru olduğuna dair ən böyük sübutdur".

"Air Transport Awards" mükafatlarını təşkil edən "Air Tarnsport News" direktoru və baş icraçı direktoru Kostas Iatrou da İGA İstanbul hava limanının son 2 ildə diqqətəlayiq müqavimət və səmərəlilik nümayiş etdirdiyini vurğulayaraq, səlahliləri təbrik etdi.



Әlaqәli Xәbәrlәr