İstanbul hava limanlarından uçuşların sayı artır

Cari ilin 11 aylıq dövründə İstanbulun bütün hava limanlarından gələn və gedən reyslərlə daşınan yüklərin həcminin 30, həyata keçirilən ticarət uçuşlarının isə 45 faiz artdığı müəyyən edilib.

1753101

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbilə uçuşların ləğv edildiyi dövrdə sürətli və asan olan hava yük daşımaları ilə ticari uçuşları daha da əhəmiyyət qazanıb.

Epidemiya dövründə dünyanın müxtəlif nöqtələrinə mal və məhsulların daşınmasında quru və dəniz daşımalarında yaşanan bəzi problemlər səbəbindən hava yoluna daha çox üstünlük verilməyə başlandı.

Görülən tədbirlərlə hava nəqliyyatının intensivləşdiyi yeni normal dövrdə dünyanın mühüm aviasiya mərkəzlərindən biri olan İstanbul hava limanlarından daşınan baqaj, yük və poçt yüklərinin həcmində və ticari uçuşlarında yaşanan əhəmiyyətli artımlar statistikalara əks edib.

Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) məlumatına görə, cari ilin 11 ayında İstanbulun bütün hava limanlarından gələn və gedən reyslərlə daşınan yüklərin miqdarı 30, ticari uçuşlar isə 45 faiz artıb.

Әlaqәli Xәbәrlәr