Antalyaya gələn turist sayında rekord artım

2021-ci il Antalyaya hava yolu ilə gələn turistlərin sayının 9 milyonu keçdiyi bildirilir.

1751137
Antalyaya gələn turist sayında rekord artım

Antalya şəhər icra hakimiyyət başçılığından bu barədə məlumat yayılıb. Bildirilib ki, dənizi, qumu və günəşi ilə yanaşı, tarixi və təbii gözəllikləri ilə Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən Antalyanı cari ildə seçim edən turistlərin sayında rekord artım qeydə alınıb. Keçən il Antalyanın yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə təxminən 3,5 milyon turistə ev sahibliyi etdiyi ifadə edilən açıqlamada epidemiya əleyhinə tətbiq etidəln güçlü tədbirlər sayəsinhdə 2021-ci ildə yalnız hava yolu ilə şəhərə gələn turistlərin sayının 9 milyon 2 min 217 nəfərə çatdığı vurğulanıb.

Valiliyin açıqlamasında həmçinin bildirilib ki, şəhərə ən çox turistin gəldiyi ölkələr arasında Rusiya ilk sırada iştirak edib. Bu ölkəni sırası ilə Ukrayna, Almaniya və Polşa izləyib.


Etiketlәr: #turist , #Rusiya , #Antalya

Әlaqәli Xәbәrlәr