Avropanın ən çox uçuş edən ikinci aviaşirkəti THY olub

Türk Hava Yolları (THY) gündəlik 1.185 uçuşla Avropada ən çox uçuş edən aviaşirkətlər arasında ikinci yerdə iştirak edib.

1717784
Avropanın ən çox uçuş edən ikinci aviaşirkəti THY olub

Avropa Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hava trafik hesabatına görə 4-10 oktyabr tarixlərində Avropada 162.853 uçuş həyata keçirilib. Yeni növ koronavirus tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərin böyük nisbətdə ləğv edilməsi ilə İrlandiya Ryanair, 2,316 gündəlik uçuşu ilə Avropanın ən çox uçan hava yolu şirkəti olarkən, Türk Hava Yolları gündəlik 1.185 uçuşla 2 -ci, Easyjet 1.023 uçuşla 3 -cü sırada iştirak edib. Pegasus Hava Yolları şirkəti isə 454 uçuşla siyahıda 10 -cu yerdə qərarlaşıb.

 



Әlaqәli Xәbәrlәr