Türkiyənin limon ixracında artım olub

Türkiyənin limon ixracı 7 ayda 59 faiz artaraq 147 milyon 964 min dollara çatdı.

1689404
Türkiyənin limon ixracında artım olub

Türkiyənin limon ixracı 7 ayda 59 faiz artaraq 147 milyon 964 min dollara çatdı.

Aralıq dənizi İxracatçılar Birliyinin məlumatına görə, cari ilin yanvar-iyul dövründə 734 min 791 ton sitrus ixracı reallaşdırıldı. Bu dövrdə əldə edilən 382 milyon dollarlıq gəlirə ən böyük töhfəni limon verdi.

Yanvar-iyul dövründə 286 min 855 ton limon ixracı qarşılığında 147 milyon 964 min dollar valyuta girişi əldə edildi.

Limon ixracı keçən ilin yanvar-iyul dövrü ilə müqayisədə 91 və qiymət olaraq isə 59 faiz artdı.

İxracda limonu 141 milyon 982 min dollarla mandarin, 51 milyon 229 min dollarla qreypfrut və 40 milyon 827 min dollarla portağal izlədi.

Limon ixracı ən çox Rusiya, İraq, Rumıniya, Ukrayna və Serbiyaya reallaşdırıldı.


Etiketlәr: #limon ixracı

Әlaqәli Xәbәrlәr