“Şimal axını 2” layihəsinin 99 faizi tamamlanıb

Rusiyanın enerji şirkəti Qazprom “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsində boru çəkmə işlərinin 99 faizini tamamlayıb.

1681624
“Şimal axını 2” layihəsinin 99 faizi tamamlanıb

Rusiyanın enerji şirkəti Qazprom “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsində boru çəkmə işlərinin 99 faizini tamamlayıb.

"Şimal axını 2" layihəsinin icraçı şirkəti olan "Nord Stream 2 AG" tərəfindən yayılan açıqlamada layihə çərçivəsində işləyən Akademik Çerskiy gəmisinin boru çəkmə işlərini tamamladığı ifadə edilib.

Layihədən məsul olan Fortuna gəmisinin isə fəaliyyətini davam etdirməsi barədə məlumatların yer aldığı açıqlamada, "Beləliklə, "Şimal axını 2" layihəsində boru çəkmə işlərinin 99 faizi tamamlandı. Fortuna layihənin son hissəsi üzərində işlərini davam etdirir" ifadələri yer alıb.

Ümumi dəyərinin 10 milyard avro civarında olması gözlənilən “Nord Stream 2” boru kəməri ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İsveçrə şirkətinin inşasını dayandırdığı boru kəmərini Rusiyanın “Gazprom” enerji şirkəti öz imkanları hesabına davam etdirir.

ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin qarşı çıxdığı layihənin tərəfdaşları sırasında “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi şirkətlər, eləcə də layihə icraçısı qismində “Gazprom” şirkəti var.



Әlaqәli Xәbәrlәr