Mehmet Nuri Ersoy: "Rusiyanın qərarı Türkiyəyə olan etimadın göstəricisidir"

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Rusiyanın 22 iyundan etibarən uçuşları bərpa etməsi qərarının təhlükəsiz turizm adından Türkiyəyə olan etimadın göstəricisi olduğunu bildirib.

1660993

Ersoy dünən (18 iyun) "Twitter" hesabında Rusiyanın Türkiyəyə uçuşları yenidən başlatması qərarını qiymətləndirib.

Nazir Ersoy "Rusiyanın 22 iyun tarixindən etibarən ölkəmizə uçuşlarını bərpa etməsi, təhlükəsiz turizm adına ölkəmizə olan inamın göstəricisidir. Ümid edirəm ki, qarşıdakı dövrdə digər ölkələrlə diplomatiya hərəktəninin bəhrəsini Rusiya ilə olduğu kimi alacağıq" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr