Müdafiə və aviasiya sənayesi məhsulları ixracında rekord artım

Türkiyə ilin ilk 5 ayında təxminən 1 milyard 120 milyon dollarlıq müdafiə və aviasiya sənayesi məhsulları ixrac edib. Afrikaya illik satışlarda 11 qat artım qəydə alınıb.

1656051
Müdafiə və aviasiya sənayesi məhsulları ixracında rekord artım

Yanvar-may tarixlərində reallaşdırılan ixrac həcmi, illik 38,3% artımla 85,2 milyard dollara çatıb. Sözügedən dövrdə Türkiyənin müdafiə və aviasiya sənayesi məhsul ixracı isə 48,3% artımla 1 milyard 120,1 milyon dollar olub.

Müdafiə və aerokosmik sənayesi ilin ilk 5 ayında ən çox məhsul ixrac etdiyi ölkələr arasında ABŞ ilk sırada iştirak edib. Bu ölkəni isə sırası ilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Banqladeş izləyib. Sözügedən dövrdə sektorun Çinə reallaşdırdığı ixrac 27 min dollardan 10,1 milyon dollara, Tunisə 109 min dollardan 29,3 milyon dollara, İordaniyaya 100 min dollardan 19,2 milyon dollara, Özbəkistana 223 min dollardan 20.9 milyon dollara qalxıb.



Әlaqәli Xәbәrlәr