Antalyaya ilin ilk dörd ayında 129 ölkədən turist gəlib

Antalya epidemiya  müddətində də turistlərin ilk seçimi arasındadır.

1645937
Antalyaya ilin ilk dörd ayında 129 ölkədən turist gəlib

Antalyaya ilin ilk dörd ayında 129 ölkədən turist gəlib.

Görülən tədbirlər sayəsində təhlükəsiz və sağlıqlı turizm xidmətləri göstərən Antalya epidemiya  müddətində də turistlərin ilk seçimi arasındadır.

Dəniz, qum, günəşlə yanaşı təbii gözəllikləri, tarixi binaları ilə seçilən şəhərə gələn turistlər şəhərin yerli qidaları və mədəniyyəti ilə tanış olmaq imkanı da əldə edirlər. Qonaqlar istənilən hər imkanın təqdim olunduğu lüks otəllərlə yanaşı villa və karvan turizmi ilə də maraqlanırlar.

Epidemiyaya baxmayaraq, keçən il təxminən 3,5 milyon turisti qəbul edən Antalyanı yanvar-aprel dövründə 129 ölkədən 445 min 671 turist ziyarət etdi.

Antalyanın ən çox turist qəbul etdiyi ölkələrin başındakı Rusiyadan 296 min 131, Almaniyadan 39 min 485, Ukraynadan 30 min 409, Qazaxıstandan 12 min 908, Polşadan 8 min 490, İrandan 5 min 869, ABŞ-dan 485 turist gəlib.


Etiketlәr: #epidemiya , #turist , #Antalya

Әlaqәli Xәbәrlәr