Türkiyə geotermal enerji tutumu ən çox artan ölkə olub

Türkiyə yeni növ koronavirus (Kovid-19) epidemiyasına baxmayaraq Geotermal enerji tutumunu ən çox artıran ölkə olub.

1616492
Türkiyə geotermal enerji tutumu ən çox artan ölkə olub

Beynəlxalq bərpa olunan enerji agentliyinin (IRENA) “Bərpa olunan tutum 2021 Statistikası” hesabatına görə, ümumdünyada geotermal enerjidəki quraşdırılmış güc keçən ilin sonu etibarilə 14 min 50 meqavata çatıb. Bu dövrdə ən yüksək geotermal enerji gücünə sahib ölkə 2 min 587 meqavat qurulmuş güc ilə Amerika Birləşmiş Ştatları (ABŞ) olarkən,  bu ölkəni 2 min 231 meqavat ilə İndoneziya, 1928 meqavat ilə Filippinlər və 1613 meqavat quraşdırılmış güc ilə də Türkiyə izləyib.

Keçən il Türkiyənin  geotermal  enerji tutumunda 99 meqavat, Yeni Zelandiya və Amerika Birləşmiş Ştatlarında 32, İtaliyada 30 meqavat əlavə güc artımı qeydə alınıb.  



Әlaqәli Xәbәrlәr