Türk Hava Yolları Avropada yenə birinci olub

Türk Hava Yolları (THY) Avropa üzrə gündəlik ən çox reys (797) həyata keçirən hava yolu şirkəti seçilib.

1614928
Türk Hava Yolları Avropada yenə birinci olub

 

  Türk Hava Yolları (THY) Avropa üzrə gündəlik ən çox reys (797) həyata keçirən hava yolu şirkəti seçilib.

  29 mart - 4 aprel tarixləri arasında Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş hərəkətliliyi hesabatına görə, THY gündəlik orta hesabla 797 uçuşla Avropa rəqiblərini üstələyib.

  Bu siyahıda ikinci sırada gündəlik 382 uçuşla Almaniyanın “Lufthansa” aviaşirkəti, 380 uçuşla üçüncü yerdə Fransanın “Air France”, dördüncü yerdə 312 uçuşla "Ryanair", beşinci yerdə 297 uçuşla "Pegasus", altıncı yerdə isə 272 uçuşla "KLM Airline" qərarlaşıb.

  Hesabatda bu tarixlər arasında 76 min 477 uçuş reallaşdırdığı və yol hərəkətinin 3,5 artdığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr