Qlobal elektrik tələbatında yenilənəbilən enerjinin payı

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmez sözügedən mövzu ilə bağlı deyib...

1607044
Qlobal elektrik tələbatında yenilənəbilən enerjinin payı

 

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmez ölkənin elektrik istehsalında günəş enerji payının 2002-ci ildəki sıfır səviyyəsindən 2021-ci ildə 3,7 faizə çatdığını bildirib.

  Yenilənəbilən Enerji Sərmayəçiləri Dərnəyi (GÜYAD) yığıncağına video-konfrans yoluyla qatılan F.Dönmez “Covid-19” epidemiyasının mənfi təsirlərinə baxmayaraq, günəş enerjisinin gələcəyindən gözləntilərin böyük olduğunu bu sözlərlə söyləyib: “Beynəlxalq Enerji Agentliyinin dərc etdiyi “2020-ci ilin enerji görüntüsü” hesabatında günəş enerjisinin tarixdə ən ucuz enerji qaynağı olduğu bir daha təsdiqlənir. 10 il əvvəlki dövrlə müqayisədə bu gün günəş enerjisi xərcləri ən az 5 dəfə azalıb. Məhsuldarlığın artması və texnologiyanın inkişafıyla bu xərclər daha da düşəcək. Qarşıdakı 10 ildə artan qlobal elektrik tələbatının qarşılanmasında yenilənəbilən enerjinin payı da artacaq. Fevral sonu hesabatımıza görə, ölkəmizdə günəş hesabına elektrik gücümüz 6869 megavat olub. Bu rəqəm elektrik gücümüzün 7,1 faizinin günəş enerjisi hesabına başa gəlməsi deməkdir."



Әlaqәli Xәbәrlәr