Çay ixracında artım qeydə alınıb

Türkiyədən ilin ilk iki ayında 3 milyon 133 min dollarlıq çay ixrac edilib.

1601501
Çay ixracında artım qeydə alınıb

Şərqi Qara dəniz İxracatçılar Birliyinin (DKIB) hesabatına görə 2021-ci ilin yanvar-fevral aylarında çay ixrac edilən 72 ölk arasında Belçika, Almaniya və Amerika Birləşmiş Ştatları ilk sırada iştirak edib. Bildirilib ki, Türkiyə ilin ilk iki ayında Belçikaya 1 milyon 308 min 677, Almaniyaya 300 min 244 və ABŞ-na isə 233 min 972 dollarlıq çay satıb. 2021-ci ildə  Türkiyənin çay ixrac etdiyi ölkələr arasına Avstriya, Livan, Rumıniya, Qırğızıstan, Monqolustan, Əl-Cəzair, Misir, Yeni Zelandiya, Liberiya, Bəhreyn, Benin, praqvay, Baham adaları, Panama, İspaniya, Serbiya və Seneqal da daxil edilib.



Әlaqәli Xәbәrlәr