Mustafa Varank:“İstehsal sənayesi inkişafı davam edir”

2020-ci ilin 4-cü rübündə maşın və avadanlıq investisiyalarında qeydə alınan 38,7% artım istehsal sənayesi inkişafının davam etdiyinin göstəricisidir. Bunu Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

1593482
Mustafa Varank:“İstehsal sənayesi inkişafı davam edir”

Türkiyə Dövlət Statistika Komitəsinin 2020-ci il və eyni ilin 4. Dördüncü rübündə qəydə alınan iqtisadi artıma münasibət bildirən nazir Varank: “Türkiyə istehsal sənayesinin rəhbərliyində böyüməyə davam edir”. Nazir İstehsalat sənayesinin, 2020-ci ilin 4-cü rübündə 10,5% böyüdüyünü və bunun Ümumi Daxili Məhsula ən çox töhfə verən sektör olduğunu, istehsaldakı artımın məşğulluğa müsbət əks etdiyini, 2020-ci ilin dekabr ayında Sənaye məşğulluğunun bir əvvəlki ilin müvafiq dövrünə müqayisədə 8,6% artımla 4 milyon 99 min nəfərə çatdığını vurğulayıb. Keçən ilin dördüncü rübündə maşın və avadanlıq investisiyalarında 38,7% nisbətində güclü artım olduğuna diqqət çəkən Varank: “Bu istehsal sənayesinin qarşıdakı dövrdə böyüməyə davam edəcəyinin göstəricisidir. Təşviqlərimizin və dəstəklərimizin səmərəsini görmək bizi sevindirir”.



Әlaqәli Xәbәrlәr