THY gündəlik uçuş rekordu ilə davam edir
Türkiyə Hava Yolları (THY) gündəlik orta hesabla 596 uçuşla Avropanın zirvəsindəki mövqeyini qorumaqda davam edir.
1588205

5-21 fevral tarixləri arasında Hava Naviqasiyası Təhlükəsizliyi üzrə Avropa Təşkilatının (EUROCONTROL) uçuş nəqliyyatı hesabatına görə, THY gündəlik orta hesabla 596 uçuşla Avropa rəqiblərini üstələyib. Siyahıda uçuş sayı baxımından birinci sırada yer alan "Türk Hava Yolları"nı sırası ilə gündə 366 uçuşla "Air France", 262 uçuşla "Wideroe" və 249 uçuşla "Pegasus Hava Yolları" izləyib.
Әlaqәli Xәbәrlәr

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb