Bərpaolunan enerji istehsalı niyə vacibdir?

Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru İnger Andersen sözügedən mövzu ilə bağlı deyib...

1587514
Bərpaolunan enerji istehsalı niyə vacibdir?

 

  Mərakeş bərpaolunan enerji mənbələrinə sərmayə qoyan, hazırda külək və günəş sayəsində bərpaolunan enerjini istehsal edən əsas ölkələrdən biridir. Bunu Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib.

  BMT-nin rəsmisi inkişaf etməkdə olan ölkələri təbiətə sərmayə qoymağa və ətraf mühitə zərər gətirməyən, yenilənmiş iqtisadiyyata nail olmaq üçün enerjinin çevrilməsində irəliləyiş etməyə çağırıb.

  UNEP araşdırması həmçinin dünya iqtisadiyyatının son 50 ildə təxminən beş qat artdığını, lakin ətraf mühitə böyük zərər vurduğunu göstərir.

  “Covid-19” pandemiyası səbəbindən istixana qazı tullantılarının azalmasına baxmayaraq, bu yüzillikdə qlobal istiləşmə selsi üzrə 3 dərəcə artacaq.

  Havanın çirklənməsi ilə əlaqəli xəstəliklər hər il təxminən doqquz milyon insanın ölümünə, bir milyondan çox bitkinin məhvinə səbəb olur. Bəzi heyvan növləri isə yoxolma riski altındadır.

 



Әlaqәli Xәbәrlәr