Yanvar ayında ixrac həcmində rekord artım qeydə alınıb

Ticarət naziri Ruhsar Pekcan Yanvarda ixrac həcmində bütün keçmiş dövrlərə müqayisədə rekord artım qeydə alındığını bildirib.

1575841
Yanvar ayında ixrac həcmində rekord artım qeydə alınıb

Pekcan 2021-ci ilin Yanvar ayında reallaşan ixrac həcmi ilə bağlı açıqlamasında: “Yanvar ayında ixrac həcmi əvvəlki ilin müvafiq dövrünə müqayisədə 2,5% artaraq 15 milyard 48 milyon dollara çatıb”. Nazir bunu bütün dövrlərdə reallaşan ən yüksək ixrac həcmi hesab edib.

Pekcan qeyd edib ki, qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənlik və yeni koronavirus epidemiyasında ikinci dalğanın tüğyan etməsi səbəbiylə ticarət tərəfdaşlarımızda tətbiq olunan məhdudiyyətlər, lojistik xərclərindəki artım kimi tədarük məhdudiyyətlərinə baxmayaraq Yanvar ayında reallaşdırdığımız ixrac həcmini əhəmiyyətli və uğurlu performans qəbul edirik.



Әlaqәli Xәbәrlәr