Ruhsar Pekcan 2020-ci ildə ixracda tarixi rekord qırıldığını bildirib
Ticarət naziri Ruhsar Pekcan 2020-ci ili ixracda tarixi rekordla bağladıqlarını bildirib.

Ticarət naziri Ruhsar Pekcan 2020-ci ili ixracda tarixi rekordla bağladıqlarını bildirib.
Pekcan "2020-ci il Xarici Ticarəti Qiymətləndirmə" yığıncağında verdiyi açıqlamada "2020-ci ili ixracımızda tarixi rekordla bağladıq" deyib.
Pekcan dekabr ayında ixracatın 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 17 milyard 844 milyon dollar olduğunu və bunun bütün zamanların ən yüksək aylıq ixracat rəqəmi olduğunu qeyd edib.
"2020-ci ili 169,5 milyard dollarlıq ixracatla bağladıq. Bu, Türkiyənin ixracatçıları və bizim uğurumuz" deyən nazir Pekcan 2020-ci ilin son rübü etibarilə ən yüksək rüblük ixracat rekordunun 51,2 milyard dollarlıq ixracatla qırıldığını dilə gətirib.
Әlaqәli Xәbәrlәr

Türkiyəyə keçən il və cari ilin ilk iki ayında gələn turist sayı
Türkiyəyə keçən il və cari ilin ilk iki ayında 17 milyon 18 min 964 turist geldi.