Türkiyə-Ukrayna birgə korvet istehsalı Nikolayev şəhərində həyata keçiriləcək

Türkiyə-Ukrayna korvetlərinin birgə istehsalı Ukraynanın Nikolayev şəhərindəki Okean tərsanəsində reallaşacaq.

1549720
Türkiyə-Ukrayna birgə korvet istehsalı Nikolayev şəhərində həyata keçiriləcək

Türkiyə-Ukrayna korvetlərinin birgə istehsalı Ukraynanın Nikolayev şəhərindəki Okean tərsanəsində reallaşacaq.

Tərsanədən verilən açıqlamada Ukrayna ilə Türkiyə arasında oktyabr ayında imzalanan hərbi əməkdaşlıq müqaviləsi və 14 dekabrda imzalanan hərbi müqavilələr çərçivəsində Ukraynada Dəniz Qüvvələri üçün korvet istehsalı mövzusunda Türkiyə Müdafiə Sənayesi Baş İdarəsi ilə  memorandum imzalandığı bildirilib.

Açıqlamada tərsanənin Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsi tərəfindən texniki xüsusiyyətləri və ixtisaslı kadrların nəzərdə tutularaq seçim edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr