Türkiyənin sitrus meyvələri ixracatı

Türkiyə Milli Sitrus Bitkiləri Şurasının sədri Kemal Kaçmaz mövzu ilə bağlı deyib...

1433232
Türkiyənin sitrus meyvələri ixracatı

 

  Türkiyənin sitrus meyvələri ixracatı ilin ilk 5 ayında ötən ilin eyni dövrünə görə 30 faiz artaraq 326 milyon dollara çatıb.

  Türkiyə Milli Sitrus Bitkiləri Şurasının sədri Kemal Kaçmaz tər meyvə ixracatında sitrus meyvələrinin mühüm yer tutduğunu, xaricə satışda məhsullar arasında ilk sırada naringi və portağalın olduğunu söyləyərək deyib: “Bu il Avropa İttifaqı ölkələrinə ixracat artdı. Ən çox satış 118 milyon 748 min dollarla Rusiyaya reallaşdırıldı. Ondan sonra Ukrayna, İraq, Rumıniya və Polşa gəlir. Hollandiyaya meyvə ixracatı 171, Almaniyaya isə 50 faiz artıb. Türkiyə artıq sitrus bitkiləri satışında dünyada baş sıralarda yer alır. Qarşıdakı illərdə həm istehsal, həm də ixracatı artıracağıq."



Әlaqәli Xәbәrlәr