2020-ci il üçün iqtisadi proqnozlar
K.Georgiyeva sözügedən mövzu ilə bağlı deyib...
Beynəlxalq Valyuta Fondunun (İMF) prezidenti Kristalina Georgiyeva bir çox ölkədən gələn iqtisadi məlumatların gözləntilərdən daha pis olduğunu bildirib.
“Financial Times” tərəfindən telekonfrans yolu ilə reallaşan görüşdə yeni növ korona virusunun (Covid-19) iqtisadi təsirləri barədə danışan K.Georgiyeva sözügedən mövzu ilə bağlı deyib: “Baş vermiş virus böhranı iqtisadiyyata mənfi təsir etdi. Bir çox ölkədən gələn məlumatlar pessimist təxminlərimizdən daha pis çıxdı. Yəqin ki, proqnozlarımızı iyun ayında yeniləyəcəyik. 2020-ci il üçün gözləntimiz yaxşı görünmür. “Covid-19” böhranından çıxmaq və davamlı inkişafın təmin edilməsi üçün struktur dəyişikliklərinə ehtiyac olacaq”.
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...