"195 milyon insan işsiz qalacaq"

İLO-nun baş direktoru Qay Rayder Cenevrədə keçirilən video-konfransda deyib...

1393477
"195 milyon insan işsiz qalacaq"

 

 Beynəlxalq Əmək Təşkilatı (İLO) korona virusu (Covid-19) pandemiyasının yaratdığı iqtisadi və sosial riskin 2020-ci ilin ikinci rübündə qlobal işsizliyə, təxminən 195 milyon insanın əmək böhranına səbəb olacağını bildirib.

  İLO-nun baş direktoru Qay Rayder (Guy Ryder) Cenevrədə keçirilən video-konfransda deyib: "Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə işçilər və müəssisələr fəlakətlə qarşı-qarşıyadır. Sürətli, qətiyyətli və birlikdə hərəkət etməliyik. Doğru və təxirəsalınmaz tədbirlər həyatda qalmaqla tənəzzül arasında fərq yarada bilər.
  “Covid-19” səbəbindən qlobal işçi qüvvəsində hər beş nəfərdən dördü iş yerlərini tam itirə və ya qismən bağlamağa məcbur olar.

  Fərqli gəlir qruplarında, xüsusilə də yüksək orta gəlirli ölkələrdə ciddi itkilər gözlənilir.
  "Covid-19" böhranının iyun ayına qədərki müddətində qlobal miqyasda iş saatının 6,7 faizi ləğv oluna bilər ki, bu da 195 milyon insanın tamamilə işini itirəcəyi mənasına gəlir. 
  İlin ikinci rübündə gözlənilən 195 milyon qlobal iş itkisinin 125 milyonu Asiya - Sakit Okean bölgəsində ola bilər. Amma artıq Çin şirkətləri fəaliyyətlərinə start verib”.
  Qeyd edək ki, bundan əvvəl İLO martın 18-də yaydığı hesabatda "Covid-19"la əlaqədar dünyada 25 milyona yaxın adamın 2020-ci ilin sonuna qədər işini itirə biləcəyini yazmışdı.



Әlaqәli Xәbәrlәr