Ləl-cəvahirat sektorunun İngiltərəyə ixracatı 2 qata çıxdı

Bu aylarda ləl-cəvahirat sektoru 111 nöqtəyə məhsul satıb.

1374143
Ləl-cəvahirat sektorunun İngiltərəyə ixracatı 2 qata çıxdı

 

  Yanvar-fevral aylarında Türkiyənin ləl-cəvahirat sektorunun İngiltərəyə ixracatı 2 qata çıxaraq 191,3 milyon dollar oldu. Bu aylarda ləl-cəvahirat sektoru 111 nöqtəyə məhsul satıb. Keçən ilin eyni dövründə bu rəqəm 105 idi.

  2020-ci ilin ilk iki ayında ölkələr əsasında ləl-cəvahirat ixracatında ilk sırada İngiltərədir. İngiltərəyə ixracat 2019-cu ilin yanvar-fevral aylarında 95,2, bu ilin eyni dövründə isə 2 qat artaraq 191,3 milyon dollar olub.

  Ləl-cəvahirat ixracatında İngiltərədən sonra 48 faiz artım, yəni 107,8 milyon dollarla Birləşmiş Ərəb Əmrlikləri təqib edir.



Әlaqәli Xәbәrlәr