Türkiyənin Özbəkistandakı investisiya həcmində  rekord artım

Türkiyə, Özbəkistanda ən çox şirkət sahibi  olan  ölkələr  arasında  3-cü  sırada iştirak  edir.

1361571
Türkiyənin Özbəkistandakı investisiya həcmində  rekord artım

Özbəkistan Dövlət Statistika Komitəsi  ölkədə fəaliyyət göstərən xarici kapital müəssisələr  ilə  əlaqəli  hesabat  yayıb.

 Ölkədə 10 min 604  xarici sərmayəli  şirkətin   fəaliyyət  göstərdiğinə  diqqət  çikilən   hesabatda  bu  müəssəsələrin  1306-nin  Türkiyə  investisiyaları   ilə   yaradıldığı,  beləcə Rusiya və Çindən  sonra   Özbəkistanda   ən  çox  şirkət  qurmuş   üçüncü  ölkənin   Türkiyə olduğu  qeyd  edilib.

Hesabatda  bildirilib  ki,   Özbəkistanda   Rusiya  sərmayəli  şirkət  sayı   1864, Çin kapitalı ilə  fəaliyyət  göstərən  müəssisə  sayı   isə  1690-dır.  Bu  iki  ölkəni sırası  ilə   1306  şirkətlə Türkiyə,   Özbəkistan ,  Yaponiya  və     digər  ölkələr  izləyir.

Ölkədəki  xarici kapital  ilə   qurulan   şirkətlərinin əksəriyyəti sənaye, ticarət və tikinti sahələrində fəaliyyət göstərir.  Bildirilir ki,  Sənaye sektorunda 3 min 758, ticarətdə 2 min 645, tikinti sektorunda 824, kənd təsərrüfatı,   su  məhsulları və meşə təsərrüfatı sektorunda 591, xidmət sektorunda 472, nəqliyyat və logistika sektorunda 284, informasiya və rabitə sektorunda 274, səhiyyə və sosial sektorda  isə 148  şirkət  fəaliyyətini  davam  etdirir.



Әlaqәli Xәbәrlәr