Sənaye istehsalında artım rekord qırdı

Sənaye istehsalı illik 8.6 faiz artımla 2019-cu ilin dekabr ayında son 21 ayın rekord seviyyəsinə çatdı. Bunu Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

1358753
Sənaye istehsalında artım rekord qırdı

Nazir Varank sosial media hesabında sənaye istehsalı indeksinə dair hesabata münasibət bildirib: “Dekabr 2019-da sənaye istehsalı 8.6 faiz artaraq 21 aylıq rekord səviyyəyə çatdı. Bu performansın daimi olması və istehsalın işığında iqtisadi böyümənin təmini üçün qərarlı addımlar atırıq. Böyümənin sürətləndiyi, real sektorun gücləndiyi, məşğulluğun artdığı günləri görmək üçün lazımlı tədbirləri həyata keçiririk”.

 



Әlaqәli Xәbәrlәr